DR.Time (app.doctor-time.com və DR.Time mobil tətbiqi) stomatoloji klinikalar üçün idarəetmə sistemidir. Bu sənəd hansı məlumatların toplandığını və necə qorunduğunu izah edir.
Klinika seçiminə əsasən xəstələrə WhatsApp və ya SMS vasitəsilə randevu təsdiqi və xatırlatmaları göndərilir. WhatsApp mesajları klinikanın öz qoşduğu nömrədən gedir; SMS-lər lisenziyalı SMS provayderi üzərindən ötürülür. Mesaj mətnləri xidmətin göstərilməsi məqsədilə sistemdə loglanır.
Məlumatlar üçüncü tərəflərə satılmır və paylaşılmır. Yeganə istisna: mesajların çatdırılması üçün istifadə olunan kanal provayderləri (WhatsApp, SMS operatoru) — onlara yalnız mesajın çatdırılması üçün zəruri olan nömrə və mətn ötürülür.
Klinika abunəliyini dayandırdıqda məlumatları saxlanılır ki, geri qayıtdıqda bərpa olunsun. Klinika məlumatlarının tam silinməsini istəsə, mireflan80@gmail.com ünvanına müraciət etməklə bütün verilənlər bazası geri qaytarılmadan silinir.
Suallar üçün: mireflan80@gmail.com